“Buna kifayət qədər hərbi gücümüz var”

buna-kifayet-qeder-herbi-gucumuz-var
Oxunma sayı: 634

O qeyd edib ki, bu məsələnin yubanması sözsüz ki, hər şeydən əvvəl Minsk qrupunun özünün fəaliyyətinə təhlükədir və zərərli haldır, cəmiyətdə belə təəssürat yaranır ki, onlar gəlib-getməklə məşğuldurlar və heç bir iş görə bilmirlər.

Əsgərov qeyd edib ki, bu çox təəssüfləndirici haldır. "Biz dəfərlə bəyan etmişik, bu münaqişənin sülh yolu ilə həll edilməsi imkanları hələ tükənməyib, amma görsək ki, Ermənistan ancaq imitasiya ilə məşğuldur, danışıqlar xatirinə danışıqlar aparır və yaxud danışıqlardan qaçır, əlbəttə ki, Azərbaycanın imkanları var ki, işğal olunmuş əraziləri azad etsin. Buna kifayət qədər hərbi gücümüz var", - Əsgərov vurğulayıb. /Trend/