“Bundan əl çəksinlər”

bundan-el-ceksinler
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu söyləyib. E. Sabiroğlu qeyd edib ki, Müdafiə Nazirliyi Xankəndi aereportu ilə bağlı dəfələrlə öz mevqeyini bildirib: “Digər strukturlarının da bu məsələdə mövqeləri birmənalıdır. Əgər Ermənistan öz hərəkətlərindən əl çəkməzsə və hava sərhədlərini pozarsa, Azərbaycan öz mövqeyində qalacaq. Bu qeyri-qanuni uçuşdur”.

E. Sabiroğlu onu da əlavə edib ki, Ermənistanın bu hərəkəti vəziyyəti kəskinləşdirə bilər: “Ona görə də ermənistan bundan əl çəksin. Digər ölkələrin nümayəndələri də bu məsələyə mənfi münasibət bildirir. Bu Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllinə böyük mane yarada bilər”.

Günel