“Bundan sonra “Qarabağ”ı dəstəkləyəcəyik”

bundan-sonra-qarabagi-destekleyeceyik
Oxunma sayı: 1740

Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qolsuz bərabərliyə qalaraq mübarizəni dayandırdıqları cavab matçından sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib:

“İlk növbədə “Qarabağ”ı Çempionlar Liqasının II təsnifat mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Eyni zamanda hər iki komandanı təbrik edirəm. Bərabər səviyyəli komandalaların cütü idi. Bizim üçün ilk mərhələdə çətin rəqib düşmüşdü. Eləcə də “Olimpiya” “Qarabağ” üçün asan rəqib deyildi. Hiss olunurdu ki, rəqib ilk oyunda üstünlüyünü sonadək qorumaq istəyir. Futbolçularımız sonadək çalışdılar. “Qarabağ”ı bundan sonra turnirdə dəstəkləyəcəyik”.

- Bəzi aparıcı futbolçuların əsas heyətdə yoxluğu nəylə bağlı idi?

- Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışdıq.

- Oyundan əvvəl iddialı idiniz. Ancaq bunu komandanızın oyununda görmədik. Həm ikinci hissədə aqressiv idiniz. Bu, hakimin qərarıyla bağlı idi, yoxsa?

- Oyunun gətirdiyi emosiyalarla bağlı idi. Ancaq hər hansı xüsusi halın qeydə alındığını demək olmaz. Sadəcə, baş məşqçi kimi oyuna müdaxilə etməyə çalışırdım.

-  Bəlkə əvəzetmələrdə risk edərdiniz?

- Üçüncü əvəzetmə hücuma planlaşdırılmışdı. Ancaq zədə üzündən oyunçumuzu əvəzləməli olduq. Hər iki oyunda müdafiədə buraxdığımız xətalar həlledici oldu.