Bundestaq təsdiqlədi - “İncirlik”dən çıxacaqlar

bundestaq-tesdiqledi
Oxunma sayı: 630

Almaniya Federal Məclisi (Bundestaq) alman əsgərlərinin Türkiyənin Adana şəhərində yerləşən İncirlik Hərbi Hava Bazasından çıxması haqqında verilən təklifi qəbul edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 569 millət vəkilinin qatıldığı səsvermədə 461 deputat lehinə, 85 əleyhinə səs verib, 23 deputat isə bitərəf qalıb.

Beləliklə, alman əsgərlərinin İncirlikdən çıxması dəqiqləşib.

Almaniya hökuməti hərbi bazanı İordaniyanın Əl-Əzrak bazasına köçürüləcək.

Qeyd edək ki, Bundestaqa təklif 7 iyunda verilmişdi.