Universitet tələbələri gülləbaran edildi: ölən və yaralananlar var

universitet-telebeleri-gullebaran-edildi-olen-ve-yaralananlar-var
Oxunma sayı: 650

ABŞ-ın Oakland xristian universitetinin tələbəsi auditoriyaya soxularaq içəridəkilərə atəş açıb. İlkin məlumata görə, Oikos University xristian tibb universitetində baş verən hadisə zamanı bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Yaralılardan ikisinin başına güllə dəyib.

Polis nümayəndələrinin məlumatına görə, universitetdəkilər qışqıra-qışqıra oranı tərk ediblər. Hadisə yerinə beş təcili yardım briqadası və onlarla polis avtomobili cəlb edilib. Hadisəni törədən şəxsin yaxalanması üçün bir neçə küçə bağlanıb.

Şahidlərin sözlərinə görə, şübhəli asiyalı görkəmində olub və koreyalı olduğu güman edilir.

anspress