Universitetdə 20 yanvar şəhidləri anıldı - Foto

universitetde-20-yanvar-sehidleri-anildi-foto
Oxunma sayı: 669

G.Məmmədova çıxışında bildirib ki, 20 yanvar tariximizin faciəli və şərəfli günlərindən biridir: “Biz o qanlı gecədə azadlıq həvəsimizi bütün dünyaya və sovet hökümətinə göstərdik. Bu guşədə universitetdə təhsil alan, universitetlə əməkdaşlıq edən 10 Milli Qəhrəmanın adı və fotoları qeyd edilib. Onlardan 4-ü 20 Yanvar şəhidi, 6-sı isə Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlardır”.

O, çıxışında həmin qəhrəmanların adını və necə şəhid olduqlarını iştirakçıların nəzərinə çatdırıb. Onların arasında Fuad Babayev, Ələsgər Qayıbov, Mehman Muradov, Bayram Əliyev, Milli Qəhrəmanlar Çingiz Mustafayev, Kamil Nəsibov, Məzahir Rüstəmov, Bəylər Ağayev, Kərəm Mirzəyev, Ramiz Qəmbərovun adları var.

Qeyd edək ki, guşədə universitetin şəhid olan daha 36 tələbə və məzunun adı da xatirə lövhəsinə yazılıb.

Mərasimın sonunda şəhidlər bir dəqiqəlik sükutla anılıb.


Sədan