Universitetdə yanğın oldu

universitetde-yangin-oldu
Oxunma sayı: 680

Milli.Az xəbər portalının məlumatına görə, yanğın bu gün saat 11:00 radələrində universitetin energetika fakültəsində meydana gəlib. Ətrafa yayılan güclü tüstünü görən tələbələr arasında çaşqınlıq yaranıb. Tələbələr binadan çıxarılıblar. Hadisə yerinə gələn 3 yanğınsöndürən maşın yanğının qarşısını alıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına bildirildi ki, yanğına elektrik xətlərinin həddindən artıq yüklənməsindən meydana gələn qısaqapanma səbəb olub. Xəsarət alan olmayıb. Hazırda araşdırma aparılır.