“Bunu ancaq Azərbaycanda tapa bilərsən”

bunu-ancaq-azerbaycanda-tapa-bilersen
Oxunma sayı: 2218


ANS PRESS-in xəbərinə görə, Şeyx Ərdoğanın Bakı səfəri zamanı da Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu nümayiş etdiriləcəyini dedi: “Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məscidində, həm sünnilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən”.

Xatırladaq ki, Şimal zonasına səfəri zamanı Bütün Qafqazın şeyxi Quba, Qusar və Xaçmaz rayonlarının hər birində məsçidlərin bərpası üçün 10 min AZN pul ayırıb. Səfər çərçivəsində bölgədə radikal dini təmayüllərin təbliğatının əleyhində olan ədəbiyyat da paylanılıb. Hacı Allahşükür Paşazadə bu rayonlarda yaşayan bütün dindarların problemlərinə hörmətlə yanaşılacağını bildirib.