“Bunu bəyənməyənlərdən bəziləri indi deputatdır…”

bunu-beyenmeyenlerden-bezileri-indi-deputatdir
Oxunma sayı: 1792

“Vaxtilə 1994- cü ildə “Əsrin müqaviləsi” imzalananda indiki prezidentliyə namizəd olan şəxslər bunun əleyhinə çıxırdılar, onu xülya, röya adlandırırdılar”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, tarix sübut etdi ki, o insanların düşüncələri xülyadır:

“Bu müddət ərzində biz onun iqtisadi səmərəsini görmüşük. Vaxtilə bu müqaviləni bəyənməyənlərdən  ya da dəstəkləyənlərdən bu gün Milli Məclisdə əyləşənlər də var. Bu çox sevindirici haldır”. 

Günel Türksoy