“Bunu deyə bilmərəm” - Bordin

bunu-deye-bilmerem
Oxunma sayı: 2201

Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Macarıstanda “Uypeşt”in qonağı olacaq “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

“Qafqazinfo” italiyalı mütəxəssisin müsahibəsini təqdim edir:

-    Başa düşürük ki, Bakıda olduğu kimi, burda da bizi çətin oyun gözləyir. İki top öndə olsaq da, anlayırıq ki, ağır oyun olacaq.

-    Hava şəraitinin fərqli olması komandanıza mənfi təsir göstərə bilərmi?

-    Hava ilk oyunda çox isti idi. Bu dəfə isə hər iki komandaya oynamaq daha rahat olacaq.

-    İlk oyunda “Neftçi” hansı komponentlərdə rəqibini üstələyə bildi və sabahkı görüşdə də bunu nümayiş etdirə biləcəksinizmi?

-    İlk görüşdə bizi vurduğumuz qol motivasiya etdi. İnanıram ki, sabah da bundan ruhlana biləcəyik.

-    Rəqibdən sürpriz gözləyirsiniz, yoxsa hesab edirsiniz ki, “Uypeşt” bacarığının maksimumunu göstərib?

-    Bunu deyə bilmərəm. Hər halda, rəqib bacarığını tam göstərəcək.

-    İlk oyunda Ruslan Abışov və Kirilo Petrov tandemindən razı qaldınızmı?

-    Bu tandem kifayət qədər yaxşı oyun göstərdi. Tək onlardan yox, bütün futbolçularımdan razı qaldım.

-    Karikarinin xidmətindən yararlanmağı düşünürsünüz?

-    Bütün futbolçular hazır olmalıdı. O cümlədən də Karikari.

-    Konfransda Emin Mahmudovu görürük. Bu, istedadlı yarımmüdafiəçimizin start heyətində görəcəyimizə işarədi. Bəs, ümumiyyətlə, necə, start heyətində çoxmu dəyişiklik görəcəyik?

-    Start heyətini açıqlaya bilmərəm. Ancaq istər Karikari olsun, istər Emin Mahmudov olsun, istərsə də digər üzvümüz sabah ilk dəqiqələrdən oyuna çıxmağa hazırdı.