“Bunu deyənlər Osmanlı silləsi görməyiblər”

bunu-deyenler-osmanli-sillesi-gormeyibler
Oxunma sayı: 1876

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-a sərt xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bildirib ki, strateji ortağımız, müttəfiqimiz olan ABŞ PYD-yə maddi dəstək, silah yardımı göstərməyə davam edərsə, bu, bizim aldığımız qərarlara da təsir göstərək:

““Bizi vurarlarsa sərt qarşılıq verərik” deyənlərin (amerikalı general-red.) ömürlərində heç vaxt Osmanlı silləsi yemədikləri məlumdur. Yanlarındakılardan başlayaraq gördüyümüz hər terrorçunu məhv edəcəyik. Bax, o zaman terrorçuların yanlarında olmasalar onlar üçün daha yaxşı olduğunu anlayacaqlar. 

Türkiyə çadır dövləti deyil. Əsrlərə dayanan dövlət anlayışımız var. Bir ölər, min dəfə dirilərik. Savaş gəmilərimiz, hava qüvvələrimiz lazım gələrsə hər cür müdaxilə üçün təqibdədirlər. 

Bizdən terrorçulara təslim olmağımızı istəyirlər. Bu necə NATO üzvlüyüdür? Əgər biz NATO-da bərabəriksə, Türkiyə qurumun qaydalarına nə qədər əməl etməlidirsə, Amerika da o qədər uymalıdır”.