“Bunu əldə etmək üçün cəhdlər göstərməliyik”

bunu-elde-etmek-ucun-cehdler-gostermeliyik
Oxunma sayı: 635

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir bildirib ki, Azərbaycan ATƏT-in tam hüquqlu üzvü kimi, ATƏT-i regionda təhlükəsizliyin təmin edilməsi üçün yeganə hərtərəfli və regional təşkilat kimi qiymətləndirir: “ATƏT özünün əsas prinsipi olan təhlükəsizliyin bölünməzliyi və separatçı təhlükəsizlik birliyinin bölünməsinin qarşısının alınmasına sadiq qalmalıdır. Hər bir iştirakçı ölkənin təhlükəsizliyi digərlərinin təhlükəsizliyinə ayrılmaz tellərlə bağlıdır. Bu, bizim təhlükəsizlik birliyimizi təsdiqləyən mövqedir. Müstəqilliyin ilk illərində yaşadığımız böyük çətinliklərə baxmayaraq, bu günlərdə Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və son bir neçə ildə ardıcıl olaraq, dünyada ən yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirməklə yanaşı, təhlükəsizlik qəbuledicisindən təhlükəsizlik təmin edən bir ölkəyə çevrilmişdir. Son 5 ildə biz ölkənin ÜDM-ni 3 dəfə, büdcəni isə təqribən 10 dəfə artıra bilmişik”.

Elmar Məmmədyarov sülh prosesinin mühüm mərhələdə olduğunu qeyd edib: “Danışıqlarda irəliləyişin əldə edilməsi yalnız regionda deyil, eyni zamanda öz ölkəsində də davamlı sülhə, təhlükəsizliyə və sabit inkişafa nail olunmasına yönəlmiş bu gün ki status kvonun dəyişdirilməsinə dair Ermənistanın iradəsindən asılıdır. Bu gün münaqişənin həllində üzləşdiyimiz ən böyük məsuliyyət Ermənistan və Azərbaycan arasında etimadın yenidən yaradılmasıdır. Bunu əldə etmək üçün bir çox cəhdlər göstərməliyik. Gələn il biz ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında danışıqların 20-ci ildönümünü qeyd edəcəyik, lakin çox təəssüflər olsun ki, hələ də heç bir irəliləyiş qeydə alınmayıb. Azərbaycan xalqı hələ də ümid edir ki, erməni xalqı bu münaqişənin davamlı və uzunmüddətli həllinin faydasını dərk edəcək. Bu, regional əməkdaşlıq və ümumilikdə Cənubi Qafqazın inkişafı üçün real perspektivlər açacaqdır”.