“Bunu etsən, səni daha çox sevəcəm”

bunu-etsen-seni-daha-cox-sevecem
Oxunma sayı: 4389

“Bilirsən, xoşbəxtlik səbəbi olmayan yeganə bir duyğudur... Sevirsən - xoşbəxtsən, sevilirsən - xoşbəxtsən, yaşayırsan - xoşbəxtsən.” 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni instaqramda yazıb.  O, xanımı Aysellə foto paylaşaraq həyat yoldaşını ad günü münasibəti ilə təbrik edib:

“Həmxasiyyət olmaq bilirsən necə gözəl bir hissdir? Bəli, bilirsən! Bilirsən, necə gözəl bir duyğudur, biləndə ki, sən səhv olanda səni başa düşəcək biri var? Sənə dəstək olan, sevən, güvənən, sənə sən qədər yaxın olan biri... Bəli, bu insan sənsən. Doğum günün mübarək ağıllım. Həll edə bilmədiyimiz cəmi bir problemimiz qalıb, diş məcununu ortadan basıb sıxmaq. Onu da növbəti 26 sentyabra kimi həll etsən, daha çox səni sevəcəm”.

Qeyd edək ki, İlkinlə Aysel ötən il ailə həyatı qurub.  Cütlüyün bu nikahdan Alisa adlı qız övladı var.