“Bunu şərəfimə sığışdırmıram...” - Vüsalədən cavab

bunu-serefime-sigisdirmiram
Oxunma sayı: 3486

“İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri tanınmış aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O bildirib ki, reklam üçün oyun oynamağı şərəfinə sığışdırmır:

“Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız”. 

Vüsalə yazdığı statusda ad çəkməsə də, keçmiş həyat yoldaşı Azər Zahidə işarə vurduğu açıq-aydın hiss olunur.

O, daha sonra paylaşımın Azərə aidiyyəti olmadığını vurğulayıb.

Bu arada qeyd edək ki, A. Zahid bir neçə gün bundan əvvəl Vüsalə ilə fotosunu paylaşaraq onunla bağlı düşüncələrini yazmışdı.

Azər, hətta arxiv fotosuna aparıcının adını “tag” edərək “Vüsalə Əlizadə, gör hansı şəkli tapmışam?”- şərhini yazıb. Maraqlıdır ki, aparıcı daha sonra Vüsalənin adını həmin paylaşımdan silib.