Xəbər verdiyimiz kimi, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho ABŞ prezidenti Donald Trampın son açıqlamalarını “ABŞ müharibə elan etdi” kimi şərh etmişdi.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ri Yonq Ho Ş.Koreya sərhəddi yaxınlığında uçan ABŞ-a məxsus “B-1B Lancer” bombardmançı təyyarəni vuracaqlarını da bildirmişdi.
Bu açıqlamaya “Ağ Ev”in sözçüsü Sarah Sandersdən cavab gecikməyib.
O, ABŞ-ın Ş.Koreyaya müharibə elan etmədiyini bildirib:
“Beynəlxalq hava məkanda bir təyyarəni vurmaq düzgün olmaz. Bunu söyləmək axmaqlıqdır. ABŞ Cənubi Koreya, Yaponiya və bölgədəki digər müttəfiqlərini qorumağa davam edəcək”.