“Bunun altından qalxa bilmərik” - Erməni spikerdən ABŞ-a müraciət

“Bunun altından qalxa bilmərik”
Oxunma sayı: 1333

“ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir”.

“Qafqazinfo”nun “Eurasia daily” portalına istinadən verdiyi xəbərə görə, bu fikirləri Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda Atlantk Şurasında çıxışı zamanı deyib.

“Əgər ABŞ bizə təzyiq göstərsə, Ermənistan bunun altından qalxa bilməz”, - deyə Mirzoyan bildirib. 

O, rəsmi Tehranla əlaqələrin bərpasının vacibliyini və iki qonşusu ilə sərhədinin bağlı olduğunu xatırladaraq ABŞ-la İran arasında davam edən gərginliyin Ermənistan iqtisadiyyatına mənfi təsir etdiyini bəyan edib.

Onun sözlərinə görə, bir dost ölkə ilə əlaqələrin inkişafı digərinin hesabına olmamalıdır.

Qeyd edək ki, A. Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqton səfəri iyulun 18-dək davam edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi