“Bunun altını çəkəcəklər” - Ərdoğan

bunun-altini-cekecekler
Oxunma sayı: 2063

Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında çıxış edən Rəcəb Tayyib Ərdoğan PKK/PYD terror təşkilatlarına dəstək verən ABŞ hökumətini tənqid edib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, Ərdoğan bunun nəticələrinin hər kəs üçün ağır olacağını bildirib:

“Öz mənfəəti üçün terroçuları on minlərlə TIR-la, yük təyyarələri ilə silahla təmin edənlər gələcəkdə bunun altını mütləq çəkəcək”.