Ünvanlı sosial yardım üçün pilot rayonlar seçildi

unvanli-sosial-yardim-ucun-pilot-rayonlar-secildi
Oxunma sayı: 695

İclasda bildirilib ki, «Özünədəstək» layihəsi ilə bağlı seçilmiş digər üç pilot rayonun - Masallı, İsmayıllı və Quba rayonlarının hər birində ünvanlı sosial yardım alan ailələr haqqında toplanmış Məlumat Bazasından təsadüfi seçmə yolu ilə 90 ailə seçilib. Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları tərəfindən hər bir ailə ilə əlavə maarifləndirmə işləri aparılıb, ailələrin seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün fəaliyyət planı tərtib etmələrində onlara köməklik göstərilib.

Qeyd olunub ki, pilot layihədə iştirak edəcək ailələrə seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün cari ilin noyabr ayında birdəfəlik ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın yaradılması haqqında qərar 22 aprel 2011-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi və nazirliyin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının nümayəndələrinin iştirakı «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai nəzarətin daha da gücləndirilməsi» mövzusunda keçirilən birgə müşavirədə qəbul edilib.