Bura prezidenti gözləyir

bura-prezidenti-gozleyir
Oxunma sayı: 642

Akif İsmayılovun sözlərinə görə, açılış mərasimin dəqiq saatı bilinmir: “Açılış mərasiminə Prezident İlham Əliyevin, nazir Azad Rəhimovun və AFFA rəhbərliyinin qatılacağı gözlənilir. Stadionda demək olar ki, işlər tam başa çatıb. Arenanın ot örtüyü oyun üçün tam hazırdır. Sadəcə U-17 Qadınlararası Dünya Çempionatınının oyunlarına görə, uşaq meydançasının təmirini dayandırası olduq. Amma oktyabrın 15-dən sonra, uşaqlar üçün suni örütklü meydançanın da təmirinə başlayacağıq”.

Arena direktoru həmçinin bildirib ki, açılışdan sonra mərkəzi arenada ilk oyun dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Azər-baycan-İsrail qarşılaşması keçiriləcək.

Qeyd edək ki, təmirdən sonra arenanın azarkeş tutumu daha bir neçə min nəfər artaraq təxminən 33 min nəfər olub.