Burada işləmək üçün 5 ildən çox təcrübə lazımdır

Burada işləmək üçün 5 ildən çox təcrübə lazımdır
Oxunma sayı: 950

Azərbaycanda fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməyən əczaçıların əczaçılıq üzrə topdan satış müəssisələrində işləməsinə icazə verilməyəcək.

“Qafqazinfo”  Trend-ə istinadən xəbər verir ki, bu məsələ Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənmiş topdan satış müəssisəsinin şəxsi heyətinə olan tələblərdə öz əskini tapıb.

Tələblərdə qeyd edilir ki, topdansatış müəssisəsinin fəaliyyəti ilə bağlı digər işlərin görülməsinə uyğun ixtisaslı və təhsilli mütəxəssislər buraxılırlar.

Fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Tоpdansatış müəssisələrində işləyən əczaçılar beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar.

Dərman vasitələrinə olan tələb və təklifi öyrənmək, dərman vasitələrinin dövriyyəsinə aid olan xüsusi sənədləri tərtib etmək, dərman vasitələrinin və tibbi ləvazimatların keyfiyyətinə nəzarəti və hərəkəti haqqında hesabatı təşkil etmək, dövlət nəzarətində olan dərman qrupları ilə işləmək və qüvvədə olan normativ sənədlərin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün topdansatış müəssisəsinə kifayət sayda peşəkar əczaçılıq ixtisası olan mütəxəssislər cəlb olunmalıdırlar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi