“Burada milliyə namizədlər var” - Rəşad Sadıqov

burada-milliye-namizedler-var
Oxunma sayı: 1237

“Qəbələ” AFFA Gənclər Liqasında son turda "Qarabağ"la 0:0 hesablı heç-heçə edərək çempionatın qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, turnirin ikincisi olan Ağdam klubunun çalışdırıcısı Rəşad Sadıqov jurnalistlərə açıqlama  verib. . Gənc mütəxəssis UEFA Gənclər Liqası ilə AFFA Gənclər Liqasının tam fərqli olduğunu deyib: “Burda limit tam fərqlidir. UEFA-nın yarışında başqa heyətlə oynayırdıq. Bu gün heyətdə 6 nəfər 2000-ci il təvəllüdlü futbolçu olmalıdır. UEFA Gənclər Liqasında isə bu 1999-cu il təvəllüdlü futbolçulara şamil olunur. Futbolçularda böyük istək gördüm. Böyük həvəslə oynadılar. Komandada son zərbə çatmırdı. Qalib gələ bilərdik.  Çempionlar Liqası ilə daxili yarış fərqli olur. Burada səni yaxşı tanıyırlar. “Qəbələ” yaxşı qapanmışdı”.

Sadıqov hər iki komandanın heyətində yaxşı futbolçuların olduğunu söyləyib: "İstər bizim, istərsə də, rəqibin heyətində yaxşı futbolçular var. U-19-da da onlardan çox şey gözləyirəm. Aralarında U-20-yə namizədlər var. Üzərlərində daha çox işləməlidirlər. Beynəlxalq turnirlər tam fərqli olur. Rəqiblər də güclü çıxış edirlər".

U-20 millimizin baş məşqçisi olan çalışdırıcı heyəti toplanışa 2-3 gün qalan müddətdə açıqlayacağını vurğulayıb: "Heyət 2-3 gün qalmış bəlli olacaq. Əvəzediclərlə U-19 liqasının oyunlarını izləyirik. Ölkə xaricində olan futbolçulara da nəzarət edirik. Bu yaxınlarda ola bilsin ki, bir futbolçunu xaricə yollanaraq canlı izləyim".