Burada qadınlar 65-70 yaşında ana olur - Fotolar

Burada qadınlar 65-70 yaşında ana olur
Oxunma sayı: 5076

Pakistanın şimal əyalətlərində məskunlaşan və əsilləri Hun türklərindən gələn Hunza türklərinin həyat tərzi marağa səbəb olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Hunza türklərinin ortalama ömürləri 120 il olur. Onlar 100 yaşında ölən adama “gənc yaşda öldü” deyirlər. Burada qadınlar 65-70 yaşında belə dünyaya uşaq gətirə bilirlər. Maraqlısı da odur  ki, həmin türklər xərçəng xəstəliyinə tutulmurlar.

Bunun səbəbi dənizdən 6 min metr yüksəklikdə oksigeni bol olan bir bölgədə yaşamaqları, buz kimi təmiz su içib, təbii qidalanmaqlarıdır. Vegetarian olmamaqlarına baxmayaraq, ətdən az istifadə edirlər. Daha çox çiy və ya az bişmiş meyvə-tərəvəzlə qidalanırlar.

Ülviyyə










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi