Burak Özçivit 1 ay müalicə alacaq - Çəkiliş təxirə salındı + Foto

Burak Özçivit 1 ay müalicə alacaq
Oxunma sayı: 1284

Xəbər verdiyimiz kimi, məşhur türkiyəli aktyor Burak Özçivit Əskişəhərdə “Can feda” filminin çəkilişi zamanı topuğundan zədə alıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, damarları qopan aktyor Əskişəhərdə xəstəxanaya yerləşdirilib, dünən axşam isə İstanbula gətirilib.

Müayinədən keçirilən aktyora ən az 1 ay ayağını yerə basmamaq tövsiyyə edilib. Buna görə də Burakın ayağı sağalana qədər filmin çəkilişlərinə fasilə verilib.

B.Özçivit sosial mediada foto paylaşaraq yaxşı olduğunu bildirib:

“Qısa zaman sonra çəkilişə qayıdacam. İsmarıclarınız üçün təşəkkürlər. Hamınızı çox sevirəm”.

Qeyd edək ki, “Taff ve Brks” şirkəti tərəfindən çəkilən filmdə Kerem Bürsin də iştirak edir. Ekran işi iki əsgərin həyatından bəhs edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi