Burak Özçivit Bakıya gəlir

Burak Özçivit Bakıya gəlir
Oxunma sayı: 1752

Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Park Cinema”nın “facebook” səhifəsində məlumat verilib. 

Bildirilib ki, kino ulduzu rol aldığı “Kardeşim benim 2” filminin Bakıdakı premyerasına qatılacaq. Qala gecəsi 30 noyabr tarixində baş tutacaq. 

“Park Cinema”nın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, filmin qəhrəmanlarından yalnız B. Özçivit Bakıya gəlişini təsdiqləyib.

Digər ulduzların qala gecəsində iştirak etməsi barədə bazar ertəsi günü məlumat veriləcək. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi