Burak Özçivit rus modeli peşman etdi - O da bloklandı

burak-ozcivit-rus-modeli-pesman-etdi
Oxunma sayı: 5826

Məşhur rus model Viktoria Bonya türkiyəli aktyor Burak Özçiviti İnstaqramda izləməyə peşman olub.

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı model iki gün ardıcıl olaraq Özçivitin paylaşdığı şəkillərə şərhlər yazıb.

Belə ki, o, fotolardan birinə “Nice” (“Gözəl”), digərinə isə “Those eyes” (“O gözlər”) qısa şərhini yazaraq yanına da qəlb formasında emojilər əlavə edib. 
Bonyanın şərhlərindən sonar B. Özçivit onu bloka salıb. 

Xatırladaq ki, bir müddət öncə iranlı model Mahlağa Caberi də aktyora sevgi dolu şərhlər yazmış və onun tərəfindən bloklanmışdı.

Mahlağa Caberi