Buraka görə Sloveniyada izdiham - Fotolar

buraka-gore-sloveniyada-izdiham
Oxunma sayı: 2723

Məşhur türkiyəli aktyor Burak Özçivit rol aldığı “Kara Sevda” serialının premyerası üçün Sloveniyaya gedib. 

“Qafqazinfo” xəbər verir ki, paytaxt Lyüblyanadakı alış-veriş mərkəzində təşkil olunan təqdimatda izdiham yaşanıb. 

Pərəstişkarları Buraka toxunmaq üçün baryerləri belə sökməyə cəhd ediblər.  Hadisəyə polis əməkdaşları müdaxilə etməyə məcbur olub. Daha sonra Burak səhnəyə çıxıb və fanatlarına imzası olan şəkillərini hədiyyə edib. 

Aktyor isə mühafizəçilərin nəzarətində hava limanına yola salınıb.