Burakın blok etdiyi rus modeldən cavab - “Adımı çəkməyin”

Burakın blok etdiyi rus modeldən cavab
Oxunma sayı: 2499

Xəbər verdiyimiz kimi, rus model Viktoriya Bonya İnstaqramda türkiyəli aktyor Burak Özçivitin fotolarına şərh yazdığı üçün bloka salınıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı modelin aktyorun fotolarına “Nice” (“Gözəl”) və “Those eyes” (“O gözlər”) şərhlərini yazmasının Burakın həyat yoldaşı Fahriye Evcenin qısqanclığına səbəb olduğu bildirilmişdi.

Buna görə Burak tərəfindən blok edilən Viktoriya Bonya ilk dəfədir belə reaksiya ilə üzləşdiyini deyib:

“Türkiyə mediasından Burak Özçivit haqqında çox şərh aldım. İnstaqram istifadə etdiyimindən bəri çox insan haqqında şərh yazmışam. Amma belə bir çılğın reaksiya ilə qarşılaşmamışdım”.

Model sevgilisi olduğunu və özünü xoşbəxt hiss etdiyini bildirib:

“Xahiş edirəm adımı çəkməyin. Ortada heç bir şey olmadığı halda, bunu böyük bir problem halına gətirməyin”.

Xatırladaq ki, bir müddət öncə iranlı model Mahlağa Caberi də aktyora sevgi dolu şərhlər yazmış və onun tərəfindən bloklanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi