Burakla Murad düşmənə çevrildi

burakla-murad-dusmene-cevrildi
Oxunma sayı: 2503

“Kardeşim Benim 2” filmi ilə uğur qazanmayan Burak Özçivit ilə Murad Boz düşmənə çevrilib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Özçivit prodüseri olduğu kinonun premyeralarına qatılmayan Bozla dostluq münasibətlərinə birdəfəlik son qoyub. 

Daha əvvəl Muradı instaqramda izləmədən çıxaran Burak, həmkarıyla paylaşdığı bütün fotoları səhifəsindən silib. O, dostlarına Muradla barışmayacağını söyləyib. 

Qeyd edək ki, M. Boz bir neçə gün bundan əvvəl Burakla bağlı açıqlama vermişdi:

“Burakla küsülü deyiləm. Filmin uğursuzluğu dostluğumuzu poza bilməz”.