Buraxılış imtahanından 7 şagird qovulub

buraxilis-imtahanindan-7-sagird-qovulub
Oxunma sayı: 646

TQDK-dan “Qafqazinfo”ya verilən məlumata görə, buraxılış imtahanı Bakı şəhərinin 11 rayonunda yaradılmış 53 imtahan mərkəzində - Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqəd rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada saat 11:00-da başlanıb və saat 13:00-da başa çatıb.

«İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur», - deyə TQDK-dan bildirilib.

Bununla yanaşı TQDK rəsmiləri təəssüflə qeyd ediblər ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb: «Qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar. Bəzi şagirdlərin isə imtahan binalarına mobil telefon, eləcə də digıər köməkçi vasitələrlə keçmək cəhdlərinin qarşısı alınıb».

İlkin məlumatlara əsasən, müxtəlif binalarda 7 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib. Bəzi şagirdlərin isə imtahan zalından qaydalara zidd olaraq sual kitabçasını çıxarmaq cəhdlərinin qarşısı alınıb.

Qeyd edək ki, TQDK iyunun 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

https://www.youtube.com/watch?v=E0l50z-5RHw