Buraxılış imtahanlarının nəticələri açıqlandı

buraxilis-imtahanlarinin-neticeleri-aciqlandi
Oxunma sayı: 2764

DİM aprelin 7-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, abituriyentlər iş nömrələrini 7727-yə göndərməklə nəticələrlə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in rəsmi saytında da yerləşdiriləcək.

Qeyd edək ki, həmin tarixdə Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilmişdi.