Burcanadzenin əri Ermənistanda gizlənir

Burcanadzenin əri Ermənistanda gizlənir
Oxunma sayı: 146

“Qafqazinfo”nun Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Bitsadze mayın 29-da Gürcüstanı tərk edib.

Qeyd edək ki, Bitsadze barəsində cinayət işi açılıb. Prokurorluq Bitsadzeni hakimiyyət orqanlarına silahlı müqavimət hazırlığında və kütləvi iğtişaşların təşkilində ittiham edir. Onu 4 ildən 7 ilə kimi həbs cəzası gözləyir. Burcanadze isə həyat yoldaşına qarşı ittihamları uydurma adlandırıb. O, saxlanılan müxalifətçilərlə həmrəylik əlaməti kimi həyat yoldaşı üçün 60 min dollar girov qoymaqdan imtina edib. Aksiyaların dağıdılması zamanı iki nəfər həlak olub, 40-dan çox adam yaralanıb, 90 nəfər aksiya iştirakçısı isə polisə müqavimət göstərdiyi üçün saxlanılıb.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi