Urmiyaya Almaniyadan dəstək

urmiyaya-almaniyadan-destek-
Oxunma sayı: 652

“Qafqazinfo”nun Günaz TV-nin internet saytından əldə etdiyi məlumatda bildirilir ki, İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmiya gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiya şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib. Təbriz və Urmiya şəhərlərində, o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başqa şəhərlərində Urmiya gölünün xilası məqsədilə təşkil olunan etiraz nümayişləri “ətraf mühiti qoruyaq” devizi altında keçirilir. Güney azərbaycanlılar “Duz sunamisi” adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər.
Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən Güney Azərbaycandan olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiya gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.