“Burnum böyük olsa da, görünüşümdən razıyam” – - Tünzalə

burnum-boyuk-olsa-da-gorunusumden-raziyam-
Oxunma sayı: 1903


 “Qafqazinfo”nun məlumatına görə, “Gündəlik” verilişinin qonağı olan əməkdar artist insanların lazım olmadığı təqdirdə əməliyyat olunmalarının əleyhinə olduğunu bildirib:

“Baxırsan ətrafımızda olan şəxslər ehtiyacları olmasa da ,plastik əməliyyata üz tuturlar. Elə insanlar var ki, problem olur, amma əməliyyatdan qaçır. Əsl həkim əməliyyata ehtiyacı olmayan xəstəni başa salmalıdır. Dünya ulduzları var ki, əməliyyatlarının sayı yoxdur. Dünya ulduzu Şerin qabırğasının sayı bilinmir, hamısını demək olar ki, çıxartdırıb. Belim nazik olsa, nə dəyişəcək? Belimin ölçüsü 63 sm-dir. Ölçülərim 90-60-90-a yaxındır, amma mən bunu əməliyyatla etməmişəm. Sağlam qidalanıram, çoxlu yeriyirəm. Burnum böyük olsa da, görünüşümdən razıyam. Gələcəkdə ehtiyacım olarsa, estetik əməliyyat etdirərəm”.