Bursada şagirdlərin avtobusu dərəyə yuvarlandı - 1 ölü, 38 yaralı

bursada-sagirdlerin-avtobusu-dereye-yuvarlandi
Oxunma sayı: 1106

Bursanın mərkəzi sayılan Osmanqazidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şagirdləri daşıyan avtobus dərəyə yuvarlanıb. Nəticədə 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə xeyli sayda təcili yardım, polis, yanğınsöndürən və xilasedici cəlb edilib.