“Bursaspor” Robert Prosineçki ilə bağlı rəsmi bəyanat yaydı

bursaspor-robert-prosinecki-ile-bagli-resmi-beyanat-yaydi
Oxunma sayı: 632

Türkiyənin “Bursaspor” klubu Robert Prosineçkinin komandanın yeni baş məşqçisi olacağına rəsmi münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, Super Liqa təmsilçisi xorvatiyalı çalışdırıcının və bir neçə məşqçinin klubun "sükanı arxası"na gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib. 

Klub saytı vasitəsi ilə bu haqda bəyanat yayıb: "Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adı klubumuzla birgə hallanır.  Bu iddialar qəti şəkildə həqiqət deyil. Rəhbərlik istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".

Xatırladaq ki, Türkiyənin məşhur "Fanatik" qəzeti Prosineçkinin "Bursaspor"la razılığa gəldiyini və gələn mövsümdən bu komandanı çalışdıracağını yazıb.