“Bursaspor”un futbolçusu “Qarabağ”ın hədəfində

bursasporun-futbolcusu-qarabagin-hedefinde
Oxunma sayı: 1456

U-21 millimizin və Türkiyənin "Bursaspor" klubunun yarımmüdafiəçisi üzvü Ozan Can Kökçü karyerasını Azərbaycanda davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı oyunçunun xidmətində "Qarabağ" maraqlıdır. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Lakin onun "Bursaspor"da qalmaq variantı da var. Komandanın yeni baş məşqçisi Samet Aybaba icarədə olmuş gənc futbolçuları heyətə qaytarmaq niyyətindədir. 

Kökcü ilə Hollandiyanın "Feyenoord" klubu da maraqlanır. 

Qeyd edək ki, gənc futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın "Valveyk" klubunda keçirib.