“Uşağımın atası mənəmmi?”- Şok

usagimin-atasi-menemmi-sok-
Oxunma sayı: 652

DNT testinin nəticələri isə minlərlə atanı peşman edib. Məlum olub ki, bu kişilər övladlarının gerçək ataları deyil.

Milli.Az NTV-yə istinadən bildirir ki, "Uşağımın atası mənəmmi?" sualına cavab arayan kişilər satış qiyməti 300-500 avro arasında dəyişən testi alaraq ondan yararlanıblar.

İki pambıqlı çubuq və plastik torbadan ibarət test ata ilə övladının selik nümunələrinin yoxlanmasına əsaslanır. Seliyin əvəzinə test aparan şirkətə çeynənmiş saqqız, istifadə edilmiş salfet və ya tük göndərilə bilər.

Cavab 5 gündən sonra verilir.
Rəsmi statistikaya görə, testləri yollamış hər 5 kişidən birinin övladının bioloji atası, yəni gerçək valideyni olmadığı ortaya çıxıb.