Uşağın adını Sarkozi qoydular

usagin-adini-sarkozi-qoydular
Oxunma sayı: 669

Doğum evinin müdiri Armen İsahakyanın sözlərinə görə, bu, uşağın valideynlərinin təşəbbüsü olub - “Aravot” gəzeti belə yazır.

Uşağın valideyinlərini Fransa Senatında erməni soyqırımının inkar edilməsi üçün cinayət məsuliyyətinə cəlb etmək haqqında sənədin qəbul olunması son dərəcə ruhlandırıb. Çəkisi 3 kiloqram olan Sarkozi Axurik kəndində yaşayan gənc valideyinlərinin ilk uşağıdır. Sarkozinin atası Karapet Avetisyan işsizdir.
Sarkozinin anadan olması şərəfinə hakim Respublikaçılar Partiyası Avetisyanlar ailəsinə 200 dollar muştuluq verib. Lakin Sarkozinin atası Karapet hakim partiya nümayəndəsi Tomikin uşağın xaç atası olmaq təklifini qəbul etməyib - yazır “Aravot”.

Yeri gəlmişkən, 2001-ci il yanvarın 18-də Fransa Milli Məclisinin bir cümlədən ibarət “Fransa 1915-ci ildə ermənilərin soyqırıma məruz qalmasını tanıyır” sənədin qəbul edilməsi ilə əlaqədar Ermənistan kəndlərindən birində fevralda doğulan əkizlərin adlarını o zamankı Fransa prezidenti Jak Şirakın şərəfinə, Jak və Şirak qoymuşdular.

BBC Azərbaycanca