“Uşağın olmasını Tolga istədi”

usagin-olmasini-tolga-istedi
Oxunma sayı: 697

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Antalyada həm festivala qatılan, həm də dincələn cütlük bağlanış üçün təşkil olunan qırmızı xalı keçidində türk mətbuatının marağına səbəb olub. Gecəyə Türkiyənin məşhur modelyeri Tolga Camın Günay üçün hazırladığı yaşıl rəngli geyimdə çıxan model festivaldan sonra təşkil olunan aftrpartidə də iştirak edib. Günay Musayeva və Tolga Karelin dostları bərabər əylənib, eyni zamanda Tolganın ad gününü qeyd ediblər.

Günay Musayeva türkiyəli vəkil tərəfindən aldadılması məsələsinə münasibət bildirərək mətbuatda bunun işıqlandırılmasından sonra 20 min dollardan 16 mininin vəkil tərəfindən qaytarıldığını qeyd edib.

Model hamiləliyi ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Uşağın olmasını Tolga istədi. Ana olmağa tam hazır olmadığımı düşünürdüm, lakin müayinə zamanı onun ürəyinin necə döyündüyünü görüncə ana olmağa qərar verdim. Hazırda hamiləliyimin 7-ci həftəsinin yaşayıram. Qızımızın olmasını istəyirik. Tolga çox sevinir. Hər gün mənə xüsusi hamilə pəhrizi tutdurur. Çox xoşbəxtəm”.