Uşaqbazlıq edən şəxs axtalanacaq

usaqbazliq-eden-sexs-axtalanacaq
Oxunma sayı: 909

Ədliyyə nazirliyinin rəsmiləri 45 yaşlı məhkuma testosteron hormonları azaldan və cinsi impulsları yox edən iynə vurulacağını bildirib.

Qeyd edək ki, şəxsin 1984 – 2002-ci illər arasında 13 yaşından kiçik qız uşaqlarına təcavüz və seksual xaraterli hərəkət cinayəti ilə 4 dəfə məhkum edildiyi bildirilib. Bundan başqa aparılan psixiatrik testin bu şəxsin uşaqbaz olduğu və müalicəyə ehtiyacı olduğunu göstərdiyi qeyd edilib.

Üç il müddətində hər 3 aydan bir axtalanmaq iynəsi vurdurmağı qəbul edən məhkumun iyunda azadlığa buraxılacağı, bunu qəbul etməyəcəyi və ya bir iynə vaxtını keçirəcəyi təqdirdə isə qanuna görə şəxsin yenidən 7 il həbsə məhkum ediləcəyi bildirilib.

Xatırladaq ki, Cənubi Koreyada uşaqbazların axtalanması barədə qanun 2010-cu ildə qəbul edilib.

anspress