“Buta Airways”lə bu dəfə birbaşa Ankaraya gedə bilərsiz

buta-airwaysle-bu-defe-birbasa-ankaraya-gede-bilersiz
Oxunma sayı: 1857

2019-cu il martın 31-dən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Türkiyənin paytaxtı Ankaraya birbaşa aviareyslərə başlayacaq.

"Qafqazinfo" xəbər verir ki, Ankara loukosterin Türkiyədə dördüncü istiqaməti olacaq. Belə ki, aviaşirkət artıq Bakıdan İstanbula, Alanyaya və İzmirə müntəzəm reyslər yerinə yetirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ankara (Esenboğa aeroportu, IATA: ESB) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.