“Buta” daha 2 şəhərə reys açdı

buta-daha-2-sehere-reys-acdi
Oxunma sayı: 2527

“Buta Airways” loukost aviaşirkəti Bakıdan Ukraynanın daha iki şəhərinə - Odessa və Xarkova birbaşa uçuşlara başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Odessaya uçuşlar cari ilin 16 may tarixindən etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə 3 may tarixindən etibarən çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.