“Buta” Rusiyaya yeni istiqamət açır

buta-rusiyaya-yeni-istiqamet-acir
Oxunma sayı: 1299

Azərbaycanın lou-kost aviaşirkəti “Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır.

“Qafqazinfo” xəbər verir ki, 12 may tarixindən etibarən aviaşirkət Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Başqırdıstanın paytaxtı lou-kost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.