“Utandığımızdan rəhbərliyin üzünə baxa bilmirik”

utandigimizdan-rehberliyin-uzune-baxa-bilmirik
Oxunma sayı: 645




- Bu gün keçiriləcək “Kəpəz”lə oyun öncəsi nə deyə bilərsiniz?

- Komandanın vəziyyətini yaxşı deyil. Biz sonuncu sıralarda yer alırıq. Bunun üçün də bizə hazırda yalnız qələbə lazımıdır. Biz oyuna qalibiyyət üçün çıxırıq. Bu qarşılaşmada qələbə qazanmaq bizə digər oyunlarda ruh yüksəkliyi verə bilər. Amma oyunun keçiriləcəyi meydan çox pis vəziyətdədir. Futbol oynamaq üçün şərait yaxşı deyil.

- Ancaq “Bakı” klubunun hər bir şəraiti var. Klubunuz maddi baxımdan ən zəngin klublardan biridir. Bəs “Bakı”nın ön sıralarda olması üçün çatışmayan nədir?

- Biz də neçə vaxtdır bunu müzakirə edirik. Hətta futbolçular da öz aramızda məğlubiyyətlərin səbəbini tapmağa çalışırıq. Bilmək istəyirik ki, nə səbəbə son sıralardayıq. Artıq bir neçə çempionatdır ki, klub öz sözünü deyə bilmir. Ancaq bunun səbəbini aydınlaşdıra bilmirik.

- Son sıralarda olmanıza rəhbərliyin reaksiyası necədir?

- Rəhbərlikdən çox razıyıq, sağ olsunlar. Bizim üçün hər bir şəraiti yaradıblar. Klubun qələbə qazanması üçün əllərindən gələni edirlər. Bizim klubda hər şey Avropa səviyyəlidir. Vaxt var idi biz bu cür şəraiti ancaq Avropa klublarında görə bilirdik. Hazırda rəhbərliyimiz bizim üçün belə şərait yaradıb. Maaşlarımız bir gün də olsun gecikmir. Futbolçularımız da hamısı güclü oyunçulardır. Başa düşə bilmirəm ki, niyə qələbə qazanmırıq. Utandığımızdan rəhbərliyin üzünə baxa bilmirik.

- “Kəpəz” də turnir cədvəlində demək olar ki, sizinlə eyni pillələrdədir. “Kəpəz” kimi kluba məğlub olsanız, bu “Bakı”nın futbolçularına necə təsir edər?

- Biz meydana qələbə üçün çıxırıq. Nəinki “Kəpəz”lə, hətta bütün klublarla oyunda biz yalnız qələbəni düşünürük. Oyunçularımız güclüdür. Qalib gələcəyimizə inanıram. Məğlubiyyəti heç düşünmürükdə.

- Qış transferində “Bakı”da yenilik gözlənilir?

- Bu rəhbərliyin işidir. Bizim futbolçu kimi vəzifəmiz meydana çıxıq oynamaqdır. Rəhbərlik bizdən sadəcə qələbə gözləyir.

Sevinc Mənsimli