Butulka ilə tanışını öldürdü

Butulka ilə tanışını öldürdü
Oxunma sayı: 673

Bakı Ağır Cinayətlər Məhkəməsində butulka ilə tanışını boğazını kəsərək onu öldürməkdə təqsirləndirilən Ramik Aydabəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses noyabrın 6-da davam etdiriləcək.

İttihama görə, Qusar rayonunun Xuray kəndində toy zamanı  35 yaşlı R.Aydabəyov 46 yaşlı İ.Ulubəyovla yeyib-içdikdən sonra mübahisə zamanı masanın üzərindəki butulkanı sındırıb qırıntıları ilə onun boyun və baş nahiyəsinə xəsarət yetirib. Damarı kəsilən İ.Ulubəyov çoxlu qanitirmədən ölüb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi