Bütün Azercell abunəçiləri üçün ümumi ödəmə kartı istifadəyə verildi

butun-azercell-abunecileri-ucun-umumi-odeme-karti-istifadeye-verildi
Oxunma sayı: 3544


Artıq Azercell Telekom abunəçuləri ümumi ödəmə kartından istifadə edəcək. Sentyabrın 4-dən etibarən eyni nominallı kartı həm SimSim, həm də Fakturalı Xətt abunəçiləri yükləyə bilər. İndi Fakturasız (SimSim) və Fakturalı Xətt sisteminə aid nömrələr üçün ayrı-ayrılıqda ödəmə kartlarını almağa ehtiyac qalmadı.


Ödəmə kartlarının nominalı      İstifadə müddəti (yalnız SimSim üçün)


1 AZN                                    7 gün

3 AZN                                    30 gün

5 AZN                                    60 gün

10 AZN                                  90 gün

25 AZN                                 360 gün

50 AZN                                360 gün

100 AZN                              360 gün

Fakturalı xətt sisteminə aid nömrələr üçün ödəmə kartları müddətsizdir və əldə olunduğu tarixdən etibarən istənilən vaxt yüklənilə bilər. Ümumi ödəmə kartları ilə yanaşı, abunəçilər hazırda satışda mövcud olan köhnə tipli fakturalı xətt və SimSim ödəmə kartlarından da istifadə edə bilər. Eyni zamanda, SimSim balansartırma kartları fakturalı xətt nömrələrinə də yüklənə biləcək. Azercell Telekom MMC-nin ümumi ödəmə kartları rəsmi diler və satış məntəqələrindən yalnız nominalına uyğun qiymətə əldə edilə bilər. Abunəçilərə ödəmə kartlarını 3-cü şəxslərdən əldə etməmək, ödəmə kartının seriya və s. göstəricilərinin tamlığına diqqət yetirmək, həmçinin ödəmə kartları əldə edərkən şifrəni 3-cü şəxslərə bildirməmək tövsiyə olunur. Ümumi ödəmə kartları ilə yanaşı, abunəçilər alternativ vasitələrlə də balansı artıra, nömrədəki borcları ödəyə bilərlər. Abunəçilər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə kiosklarından (MilliÖn), o cümlədən kredit və ya debit kartları (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsi ilə ATM (bankomatlar) üzərindən, www.azercell.com rəsmi İnternet səhifəsindən, həmçinin köçürmə yolu ilə və Mobil Bank xidməti vasitəsi ilə də ödəmələri həyata keçirə bilərlər. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz