Bütün dünya internetlə təmin olunacaq - Maskın yeni hədəfi

butun-dunya-internetle-temin-olunacaq
Oxunma sayı: 1384

Ötən ay “Falcon Heavy” raketini “Tesla” avtomobili ilə birlikdə kosmosa göndərən İlon Mask, hazırda yeni hədəf üzərində çalışır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mask bütün dünyanı internetlə təmin edə biləcək peykləri kosmosa göndərmək niyyətindədir.

O, İspaniya Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanan “Paz” adlı peyki “Falcon 9” raketi ilə birlikdə kosmosa göndərəcək. Onun yanında isə sınaq məqsədilə daha iki peyk də olacaq.

Bu layihənin növbəti 10 il ərzində bütün dünya üzrə internet təminatında liderə çevriləcəyi gözlənilir.