Bütün “iPhone”lar təhlükədədir

Bütün “iPhone”lar təhlükədədir
Oxunma sayı: 1409

İsrailin “Cellebrite” şirkətinin texnologiyaları “Apple”ın iOS 11 əməliyyat sistemi ilə çalışan istənilən cihazından məlumatları çıxartmağa imkan verir.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin yeni texnologiyaları hətta ən son “iPhone” (iPhone 8 və iPhone X) modellərinin də şifrələrini təyin edə bilir.

Bəzi məlumatlara görə, şirkətin texnologiyalarından artıq bütün dünya üzrə dövlət orqanları və hətta ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də istifadə edir.

“Forbes” tərəfindən tapılmış şirkət sənədlərində qeyd olunub ki, “Cellebrite” Apple iOS ilə çalışan istənilən cihazın məlumatlarını ələ keçirə bilir. Məlumata görə, keçən ilin noyabrında ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi “iPhone X” smartfonunu “Cellebrite” şirkətinin texnologiyaları vasitəsilə hak etmişdi. Sözügedən əməliyyat sistemi ilə çalışan köhnə model cihazlar da hak olunmaqdan qorunmurlar. Sənədlərdəki məlumata əsasən “iOS 5” və ondan sonrakı versiyalarda çalışan istənilən “Apple” cihazını hak etmək mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi