“Bütün ölkə ərazisində hava şəraiti kəskin dəyişib”

butun-olke-erazisinde-hava-seraiti-keskin-deyisib
Oxunma sayı: 4424

“Nazirliyin bütün qurumları gücləndirilmiş iş rejimini davam etdirir, vətəndaşlardan və qurumlardan müraciətlər qəbul olunmaqdadır”.

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Qurum rəsmisi  respublika ərazisində artiq hava şəraitinin kəskin dəyişdiyini söyləyib: “Bütün qurumlar tərəfindən lazımi qabaqlayıcı tədbirlər görülüb, əhali, ictimaiyyət nümayəndələri məlumatlandırılıb. Nazirliyin müvafiq qurumları təhlükəli hidrometeoroloji hadisə ilə bağlı operativ fəaliyyətini davam etdirir”.