Bütün oyunlar heç-heçə bitib

butun-oyunlar-hec-hece-bitib
Oxunma sayı: 2241

ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” turnirində 7-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov rusiyalı şahmatçı Sergey Karyakinlə qarşılaşıb və oyun heç-heçə bitib.

Bu, “Şah” ləqəbli şahmatçımızın turnirdə 6-cı bərabərliyidir. Aktivində 1 qələbə də olan Şəhriyarın ümumilikdə 4 xalı var.

Bu oyundan başqa keçirilən digər 4 oyun da bərabərliklə yekunlaşıb.

Hazırda yarışa 4,5 xala malik Karuana liderlik edir. 4 xalı olan Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür.